Bakıda səhər işə gedən qadını küçədə niyə öldürdülər? - Dəhşətli qətllə bağlı YENÄ° XƏBƏRHadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Minval.info “ölkə.az”a istinadən xəbər verir ki, Xətai rayon sakini, 1983-cü il təvəllüdlü Xosrov Elman oğlu Məmmədov küçənin ortasında keçmiş həyat yoldaşı, Qaraçuxur qəsəbəsində yaşayan 33 yaşlı Əfsanə Fəxrəddin qızı Məmmədovanı bıçaqla qətlə yetirib.

X.Məmmədov əarzidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İlkin dindirmələr zamanı qətlin motivi məlum olub.

Belə ki, Əfsanə Məmmədova ilə Xosrov Məmmədov bir müddətdir ki, boşanıblar, birgə nikahdan övladları da var. Ancaq boşansalarda Xosrov Əfsanədən əl çəkməyib və zorla onunla cinsi əlaqədə olmaq istəyib.

Elə bu səbəbdən də qadın Xətai rayon prokuroluğuna və 37-ci Polis Bölməsinə şikayət edib. Xosrov isə bu şikayətdən əsəbləşərək keçmiş arvadını öldürmək qərarına gəlib və cibinə bıçaq qoyaraq niyyətini həyata keçirib.

Faktla bağlı Suraxanı rayon prokuroluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxu: Bakıda işə gedən qadına hücum etdilər, heç kim kömək etmədi – Təfərrüat