Efiopiyanın cənubunda yaşayan Suri qəbiləsi dünyanın ən güclü qəbilələrindən biri hesab edilir. Qadınlarının bədənindəki kəsik və deşiklər, ağızlarına yerləşdirdikləri iri lövhələr isə onları daha da diqqət çəkən edir. Qadınların bütün bədənlərini qəsdlə kəsməklərinin isə bir neçə səbəbi var.

Yeniyetmə qızlara 1 saat ərzində müxtəlif bıçaq və ülgüc  zərbələri yetirilir. Bundan sonra onların bədənində ömürlük izlər qalır. Uzun illər öncə başlayan bu adət kişilərin arzusuna görə hələ də davam etdirilir. Suri qəbiləsi kişiləri çılpaq qadın bədəni sevmədikləri üçün qadınları buna məcbur edirlər. Yara izləri həmçinin, qızların gələcəkdə övlad sahibi ola biləcəklərini göstərmək məqsədi daşıyır. Qəbilədəki bir qızın ülgüclə bədəninə cızıqlar çəkilməsini müşahidə edən fotoqraf Jan Şlegal “Qızın simasından ağrı çəkdiyi bəlli olmurdu. 1 saat ərzində səsini belə çıxarmadan bıçaqlara dözdü. Əgər səsini çıxarsaydı ailəsinin başını aşağı edəcəkdi”.

Bu yaralar açıldıqdan sonra izləri artirmaq üçün kömür və ya bitki sularından istifadə edilir.

Gözəllik göstəricisi olan disklərin dodağa yerləşdirilməsi üçün alt çənədən iki diş çəkilir. Disk nə qədər böyük olarsa, qız evlənən zaman atasına o qədər çox başlıq – inək verilir.

Suri oğlanları özlərinə uyğun qız tapmaq üçün qapı-qapı gəzirlər. Bəzən bir neçə oğlan arasında bir qıza görə dava çıxır və sonda biri ölür, duelin qalibi isə sevdiyi qızla evlənir.

Minval.info