Türkiyədə fəaliyyət göstərən ilahiyyatçı qalmaqallı sözləri ilə diqqət çəkib.

Minval.info xəbər verir ki, din xadimi kimi tanınan Mehmet Arslan dekolte paltar geyinən qadınları təvavüzçü adlandırıb. O, kişiləri bu cür görkəmdə olan xanımlardan şikayətçi olmağa çağırıb. Belə ki, M.Arslan həmcislərinə səslənərək bildirib ki, onlar “qadın mənə dekolte geyimilə təcavüz etdi” tələbi ilə məhkəmə qarşısında iddia qaldırsın.

O eyni zamanda belə qadınların cəzalandırılmasının vacib olduğunu söyləyib.

“Bir kişi, cinsiyyət orqanını və ya təhrikedici üzvünü nümayiş etdirərsə, bu, qadın üçün təcavüz deyil? Əlbəttə, belədir. Bunun ucbatından insanlar bir-birini qətlə yetirir” – ilahiyyatçı vurğulayıb.

Minval.info