Image result for ayça pars

İstanbul prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Adnan Oktar qruplaşması haqqında vacib bir məlumat üzə çıxıb.

“Ölkə.Az” xəbər verir ki, Adnan Oktar qruplaşmasının “Bacılar” adlı qrupuna daxil olan qadınların Adnan ilə kəbin kəsdirdiyi məlum olub.

Məlum olub ki, Adnan Oktar “Bacılar” qrupuna daxil olan qadınlardan istədiyinə “Bundan sonra sən mənim arvadımsan” deyərək kəbin kəsdirib. Sonradan isə qadın “Turnike” adlı fahişə sisteminə cəlb edilib.

Kəbin zamanı qrupdan iki qadın şahidlik edib. Bu qadınlara isə “Qardaşlar” adlı qrupun kişi üzvləri ilə görüşmək qadağan edilib.