Bakının Ziya Bünyadov prospektində böyük tıxac yaranıb.

Minval.info xəbər verir ki, buna səbəb sabiq məmurun yas mərasiminin sözügedən əraziyə yaxın təşkil olunmasıdır.

Belə ki, Cəbrayıl rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Mahmud Quliyev yanvarın 7-si dünyasını dəyişib. Bu gün mərhumun 3 mərasimi keçirilir. Məclisə gələnlərin say çoxluğu ərazidə sıxlığa səbəb olub.

Bəzi marşrut avtobusları məcburiyyətdən hərəkət xəttini dəyişiblər.

Minval.info