Bu gün saat 13 radələrində Zaqatala şəhər sakini 1967-ci il təvəllüdlü Canpolad Bəhram oğlu Şabanovun meyiti iylənmiş vəziyyətdə qeydiyyatda olduğu Vidadı küçəsi 2, mənzil 27 ünvanında  aşkar edilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, C. Şabanovun ölüm səbəbini dəqiqləşdirmək üçün meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.

İlkin araşdırma zamanı mənzildə tək yaşayan Canpolad Şabanovun 3-4 gün əvvəl öldüyü məlum olub.
Qeyd edək ki, C. Şabanov əvvəllər qəsdən adam öldürməyə görə həbs edilib. Lakin C. Şabanov həmin illər əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün Bakı şəhərində Ruhi Əsəb Xəstəlikləri Dispanserində uzun müddət müalicə aldıqdan sonra evə buraxılıb, barəsində həbs qətimkan tədbiri seçilməyib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.