Kazanda silah və pnevmatik tapanca ilə silahlanan 17 yaşlı yeniyetmə müəllimini və sinif yoldaşlarını əsir götürüb.

“Ölkə.Az” xəbər verir ki, 17 yaşlı silahlı yeniyetmə 1 saatdan sonra polisə təslim olub.

İnsident Adoratski küçəsindəki  gimnaziyada, üçüncü dərs zamanı baş verib. 17 yaşlı məktəbli dərsə bir az gecikib. Otağa daxil olanda isə öz yerinə yox, müəllimin masasına əyləşərək silahlarını çıxarıb. Bu vaxt sinifdə müəllim və 12 şagird olub.

Şagirdlərdən biri messencer vasitəsilə baş verənləri anasına bildirib. Ana isə polisə məlumat verib. 1 saat sonra isə o, təslim olub. İnsident nəticəsində xəsarət alan olmayıb. Müəllimin isə ürəyi tutub və onu xəstəxanaya aparıblar.

17 yaşlı yeniyetmənin bu cinayətinin motivləri bilinmir. Gimnaziyada dərslər təxirə salınıb, hadisə yerində müstəntiqlər işləyir.