Kayli Cenner Zukerberqin “taxt”ını əlindən aldı

Gənc yaşında qurduğu kosmetika şirkəti ilə 900 milyon dollarlıq sərvətə sahib olan Kayli Cenner “Forbes”in bu dəfəki sayının siması olub.

“Ölkə.Az” xəbər verir ki, 2015-ci ildə “The Kylie Lip Kit” adlı pomada ilə bazara girən və bir neçə saniyə içərisində tükənən məhsullar sayəsində milyonçu olan qadın ən gənc milyonçu adını almağı başarıb. Beləcə o, siyahıya 23 yaşında girmiş Mark Zukerberqin taxtına oturub.

Qeyd edək ki, 21 yaşlı Kayli Cenner Kim Kardaşyanın bacısıdır.