Kamil dünən azadlığa çıxdı, bu gün yenə söyüş söydüSöyüşə görə 10 sutka həbsdə yatan və dünən azadlığa çıxan Kamil Zeynallı yenə söyüş söyüb.

“Qafqazinfo” xəbər verir ki, o, İnstaqram hesabında həbsdən qarşılama mərasimində iti “Maksla qucaqlaşmasının” videosunu paylaşıb və altında onu tənqid edənləri təhqir edib.

K.Zeynallı itinin yerə düşən dırnağını bəzi insanlara dəyişmədiyini bildirib. O, tənqidçilərini hədələyərək “Duxunuz varsa gəlin üzümə deyin” deyərək onları “namussuzların övladları” adlandırıb.

Kamil sonda söymək üçün darıxdığını əlavə edib.