Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullayev ənənəsinə sadiq qalaraq ötən illərdə olduğu kimi bu il 15 sentyabr Bilik günündə orta məktəbdə şagirdlərə mühazirə oxuyacaq.

Yeni tədris ilində akademik K.Abdullayevin mühazirə oxuyacağı məktəb Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbə 295 saylı orta məktəbdir.

Akademik Kamal Abdullayevin mühazirəsi “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda olacaq.