İtaliya təmsilçisi “Milan”ın sabiq futbolçusu Kaka kluba geri dönür.

Minval.info report.aza istinadən xəbər verir ki, milanlıların braziliyalı baş direktoru Leonardo 36 yaşlı həmyerlisini kluba dəvət edib. Onun sözlərinə görə, Kaka sentyabr ayında “Milan”a qoşulacaq. Onun klubda hansı vəzifəni tutacağı hələlik bəlli deyil.

Qeyd edək ki, Kaka 2003-2009 və 2013-2014-cu illərdə “Milan”da çıxış edib. O, İtaliya təmsilçisinin heyətində Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub. Daha öncə “Milan”ın sabiq futbolçusu Paolo Maldini klubda texniki direktor vəzifəsinə təyin olunub.