Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov respublikanın administrativ sərhədinin dəqiqləşdirilməsi məqsədi ilə dövlət komissiyasının yaradılması haqqında fərman imzalayıb. 

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sərhədin dəqiqləşdirilməsi və mübahisəli məsələlərin həlli üçün müvafiq strukturlara lazımı sənəd və materialların hazırlanması tapşırılıb.

Komissiyaya Çeçenistan parlamentinin spikeri Maqomed Daudovrəhbərlik edəcək.

Komissiyanın işinə Kadırov şəxsən nəzarət etmək niyyətindədir.