Rejissor Kənan M.M Əşrəf adlı fiziki qüsurlu pərəstişkarı ilə görüşüb.

“Ölkə.Az”ın məlumatına görə, o, bu barədə sosial şəbəkədəki hesabında yazıb:

“Düşündüm ki, bu görüntüləri paylaşmağım birmənalı qarşılanmaya bilər. Bir ay öncə xanım mənə yazdı ki, Əşrəf adlı balamız var, qüsurludur, ən böyük arzularından biri sizi görməkdir. Xalqın sevgisi önündə boynum qıldan incədir.  Bu gün Əşrəf balamızın 16 yaşı tamam olur. Bir insanın gülüşü dünyanın ən böyük xəzinələrindən daha bahalı, daha vacibdir. Qəlbimin səsi məni Əşrəfə götürdü. Hisslərimi anlatmaqda acizəm”.

Rejissor bildirib ki, Əşrəfin arzuladığı digər sənət adamı xalq artisti Murad Dadaşovdur:
“Söhbət əsnasında bəlli oldu ki, müğənni Mirkamil Kamilov tez-tez bu ailəyə baş çəkir. Sevindim, duyğulandım. Əşrəfin görmək istədiyi insanlardan biri hamımızın sevimlisi, xalq artistimiz Murad Dadaşovdur.  İnanıram ki, bir gün Murad bəy də bu balamızı sevindirəcək. Bir-birinizi sevin. Həyat paylaşdıqca və sevdikcə daha gözəldir. Allah hamınızdan razı olsun”.