Tanınmış jurnalist Fuad Abbasovun Rusiya hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi və həbs edilərkən mənəvi, fiziki işgəncə görməsi ilə əlaqədar olaraq Dünya Azərbaycanlıları Assambleyası Rusiya hüquq mühafizə orqanlarının rəhbərlərinə, Rusiya Federasiyası Ombudsmanına, Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan səfirliyinə və təşkilatlara müraciət ünvanlayıb.

DAA-nın informasiya və mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarına və Ombudsmanına müraciətdə deyilir :

“Jurnalistə qarşı bucür qeyri insani davranışın qəbuledilməz olduğunu və bu addımın Rusiyanın insan haqlarının qorunması ilə bağlı öhdəlik olaraq üzərinə götürdüyü beynəlxalq hüquq normalarla , qoşulduğu beynəlxalq konvensiyalarla uyğun gəlmədiyini bildirir, bu hadisənin həm Rusiyada, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda təəssüff və hiddət doğurduğunu bildirir, jurnalistə qarşı qeyri insanı davranış göstərənlərin təcili cəzalandırılmasını sizdən rica edirik”

DAA-nın Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə müraciətində deyilir:

Hörmətli səfir , sizin diqqətinizi məlum jurnalist Fuad Abbasov məsələsinə yönəldir, bu məsələyə sizin müdaxilənizi rica edirik. Azərbaycan vətəndaşına, xüsusən jurnalistə qarşı bucür aşağılayıcı, qeyri insani davranış Rusiya Azərbaycan münasibətlərinin ruhuna adekvat olmadığını bildirir, ölkəmizi təmsil edən bir səfir olaraq Azərbaycan vətəndaşına qarşı bu olayı şəxsi nəzarətinizə götürməyi, qeyri insani davranış götürənlərin ciddi cəzalanmasına nail olmanızı rica edirik.

Bununla yanaşı DAA Rusiyada fəaliyyət göstərən təşkilatların da bu qeyri insani davranışa qarşı həmrəy olub etiraz səsi çıxarmasının vacibliyini vurğulayaraq , bu məsələ ilə əlaqədar Rusiya Federasiyasının müxtəlif bölgələrində fəaliyyət göstərən təşkilatların etiraz səsini ucaltmasını, bu hadisədə günahkar olanların cəzalanmasına nail olana qədər etiraz müraciətlərini, bəyanatlarını əsirgəməmələrinin zəruri olduğunu bildirib.