“Mançester Yunayted”-in baş məşqçisi 2018 Dünya çempionatında qrup mərhələsindən keçəcək fovarit komandaların adlarını açıqlayıb.

Minval.İnfo xəbər verir ki, Mounun fikirincə Misir və Xorvatiya milliləri qrup mərhələsindən keçə bilməyəcək. Bundan başqa Belçikanın İngiltərə ilə bacara bilməyəcəyini deyib. O, öz ölkəsi Portuqaliyanın İspaniyanın ardından qrupu ikinci tamamlayaraq mərhələ adlayacağını bildirib.

Qeyd edək ki, Rusiyada keçiriləcək 2018 futbol üzrə dünya çempionatının başlamasına az vaxt qalıb.