Xətai MKTB-nin 89 saylı mənzil-kommunal istismar sahəsinin işçiləri Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 146/164-ünvanında yaşayış binasını elektrik enerjisi ilə təmin edən elektrik xəttini kəsib.

Bu barədə bizimyol.info-ya sakinlərdən biri bildirib.

O deyib ki, mənzil-kommunal istismar sahəsinin işçiləri yaşayış binasına gələrək sakinlərdən eyvanlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb ediblər. Sakinlərin bəziləri mənzilin qapısını açmadığına görə, mənzil-kommunal istismar sahəsinin işçiləri elektrik xəttini kəsərək ərazidən uzaqlaşıblar.

Sakinlərin müraciəti əsasında müvafiq qurum yaşayış binasına elektrik enerjisinin təminatı tam bərpa olunub.