İzmirdən Bakıya uçan “Buta Airways”ə məxsus J2 9042 nömrəli sərnişin təyyarəsi Gəncədə məcburi eniş edib.

Bununla bağlı aviaşirkət məlumat yayıb.

Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin təzyiqinin qalxması nəticəsində halının pisləşməsi olub.

Reys Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib.

Sərnişinə təcili surətdə tibbi kömək göstərilib. Təyyarənin yaxın dəqiqələrdə uçuşu davam etdirəcəyi gözlənilir.