“Latsio” azarkeşləri Olimpiya Stadionunda yazılmış bəyanat ilə qadınların onlar üçün “müqəddəs məkan”dan uzaq durmalarını tələb edib.

Minval.İnfo xəbər verir ki, bu hadisə komandanın İtaliya liqasının açılış matçında olan “Napoli” ilə oyunda baş verib.

Azarkeşlərin bəyanatında qadınların başqa sektorlarda oturması tələb edilir:

“Kurva Nord bizim üçün müqəddəs bir məkan, yazılmayan qanunlarla əhatələnən bir mühitdir. Sektorun ilk bir neçə sırası həmişə olduğu kimi,  müharibə xəndəkləri kimidir. Xəndəklərdə qadınlara  icazə vermirik, ona görə də, biz onlardan 10-cu sektordan geridə olmağı tələb edirik. Başqa sektorlara getsinlər”.

“Latsio” futbol klubunun təmsilçisi Arturo Diakonale komandanın 2-1 məğlubiyyətindən sonra italiyan xəbər agentliyi olan “Ansa”ya danışıb:

“Bu, klubun mövqeyi deyil, biz ayrıseçkiliyin əleyhinəyik. Əlavə olaraq, çox sayda “Latsio” azarkeşi var. Bunun kimi siyasi olaraq yanlış görüntülərdən qaçınmaq istəsək də, hər zaman müdaxilə edə bilmərik”.

Bəzi “Latsio” azarkeşləri, keçən mövsüm Romadakı Olimpiya Stadionuna,  “Roma” forması geyinən, “Holocaust”da ölən gənc araşdırmaçı Anne Frankin görüntülərini gətirmişdilər və buna görə qəzəbə səbəb olmuşdular.

“Latsio” azarkeşlərin nümayiş etdirdiyi antisemitizmə görə İtaliya Futbol Federasiyası tərəfindən 50.000 avro məbləğində cərimə edilib.

Emil Nəcəfli

Minval.İnfo