İtaliyanın cənubundakı Katandzaro şəhərində polis mafiyaya qarşı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 24 nəfər saxlanılıb.

Məlumata görə, saxlanan şəxslər “Ndrangeta” mafiyası ilə əlaqədə şübhəli bilinirlər.

Qeyd olunur ki, əməliyyat nəticəsində İtaliya Parlamentinin keçmiş deputatı Cuzeppe Qalati də saxlanılıb.

Bundan başqa, 10 milyon avro məbləğində əmlakın müsadirə olunduğu da bildirilir.