Ayda 200 min lirə (təxminən 56 min manat) qazandığını açıqlayan Çağla Şıkel bu ərəfədə sosial şəbəkədə ən çox tənqid edilən məşhur olub.

Model onu qınayanlara sərt cavab verib.

Alış-veriş mərkəzində övladları ilə gəzən zaman fotokameralara tuş gələn Şikel çox tənqid olunmasından gileylənib.

“İt kimi işləyirəm. Ayda 200 min lirə qazanıram. Kimlər nələr qazanır heç xəbəriniz yoxdur. 20 ildir bu peşənin içindəyəm. Heç kim “Çağla necə bu qədər pul qazanır” deyə bilməz” deyən Şağla əsəblərini gizlədə bilməyib.

///Axşam.az