İstanbulun Əsənyurd rayonunda mətbəələrdən birinə basqın zamanı 271 milyon 150 min saxta dollar ələ keçirilib.

Bununla da 100 dollarlıq banknotların Qurban bayramı öncəsi dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Faktla bağlı daha əvvəl FETÖ ilə əlaqədar polis orqanlarından xaric edilən B.Ç adlı rəis də olmaqla 5 nəfər saxlanılıb. 2 nəfər fərarinin həbsi istiqamətində tədbirlər görülür.

Bundan başqa, dövriyyəyə buraxılacaq əskinasların FETÖ ilə əlaqəsi olub-olmadığı araşdırılır.

Azvision.az xatırladır ki, bu, son illərdə ən böyük miqdarda saxta pulun ələ keçirildiyi əməliyyatdır. (Virtualaz.org)