\

Tovuzda qadını ilan sancıb.

Minval.İnfo ARB TV-yə istinadən xəbər verir ki, Qovlar sakini, 29 yaşlı Esmira Qasımova sol ayağının ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Qadın əkin sahəsində işləyən zaman ilan onu sancıb.

Esmira Qasımova – zərərçəkən: “Ayağıma dolandı. İstədim qaldırım tullayım, ayağımı vurdu”.

Bu, son bir ay ərzində Tovuzda üçüncü ilan sancması hadisəsidir.