İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, bu qərara onun Qəzzada hərbi əməliyyatların dayandırılması ilə bağlı narazılğı səbəb olub.

“Evimiz İsrail” partiyasının sədri Qəzza zolağında əməliyyatların davam etməsinin tərəfdarı olub.

Bundan əvvəl, o, İsrail KİV-lərinə müsahibədə ölkədə növbədənkənar seçkilərin keçirilməsinin lazım olduğunu demişdi.

A.Liberman 2016-cı ildən müdafiə naziri vəzifəsində işləyib.