İsrail Qəzza zolağında HƏMAS təşkilatının mövqelərinə zərbələr endirməyə başlayıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasına dair sənəd imzalayıb. Tramp bəyan edib ki, ABŞ İsrailin özünü müdafiə etmək hüququnu tanıyır.

Martın 25-də Qəzza zolağından atılan raket Mişmet yaşayış məntəqəsində evlərdən birinə düşüb. Hadisə nəticəsində yeddi nəfər, o cümlədən bir azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb.

ABŞ-da səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, Qəzza zolağından atılan raketlər cavabsız qalmayacaq.

Bundan sonra sərhədə qoşunlar göndərilib.