İsrail ordusu Qəzza sərhəddində keçirilən “Böyük dönüş” yürüşü zamanı müharibə əleyhidarı olan fələstinlilərə hava hücumu təşkil edib.

Minval.info xəbər verir ki, Qəzza sərhəddində yerləşən Məlləkə bölgəsində yürüş üçün toplanan fələstinlilərə İsrail ordusu tərəfindənn hava hücumu təşkil olunub. İsrail ordusu tərəfindən verilən açıqlamaya görə, Qəzza sərhəddindən İsrail bölgələrinə yanan hava şarı göndərildiyinə görə həmin qrupa hücum edilib. Hücum nəticəsində ölən və yaralananların sayı barədə açıqlama verilməyib.

Fələstinlilər 30 martdan etibarən blokadaya alınan Qəzza bölgəsinə yaxın yerdə müharibə əleyhinə yürüş və aksiyalar təşkil edir. Bu yürüşlər zamanı İsrail ordusunun müdaxiləsi nəticəsində 180 nəfərdən çox adamın öldüyü bildirilib.