Aktyor İslam Mehrəliyevin həyat yoldaşı Nəzrin əməliyyat olunub.

Minval.info xəbər verir ki, bu haqda aktyor özü xəbər verib. O bildirib ki, xanımının əli şüşədən kəsilib:

“Qapı çırpılıb, bu da saxlamaq istəyib. Şüşə əlini kəsib, sinirləri kəsilmişdi. Əlini hiss etmirdi. Əməliyyat olundu. Hazırda barmaqlarını hiss etmir. Amma toka veriləcək və düzələcək. Heç bir iz də qalmayıb”.