İŞİD Suriyada bir qəsəbəni yenidən işğal etdi

Suriyanın şərqində yerləşən Əbu-Kamal qəsəbəsi yenidən İŞİD terrorçularının əlinə keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, 10 kamikadze qəsəbədə kütləvi terakt törədib. Hadisə zamanı 25 nəfər ölüb.

Yaranan qarışıqlıqdan istifadə edən terrorçular qəsəbəni işğal ediblər.

Qeyd edək ki, İraqda varlığına tamamilə son qoyulan və Suriyada əlində torpaqların böyük hissəsini itirən İŞİD terror təşkilatı son zamanlar müxtəlif şəhərlərdə teraktlarla fəaliyyətini davam etdirir.

Minval.İnfo