Related image

İşğal altında olan torpaqlarımızdan yeni görüntülər yayılıb.

Minval.info xəbər verir ki, iki gün öncə çəkilən videoda Cəbrayıl rayonu əks olunub. Xudafərin körpüsünü də lentə alan şəxs ürək yanğısını gizlədə bilməyib. O, kədərli şəkildə torpaqlarımızın düşmən tapdağında olmasına narazılığını bildirib.

Videonun İran sərhədindən çəkildiyi bildirilir.

Cəbrayıl rayonu  23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilib. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu.

2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi “Dördgünlük müharibə” zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Qeyd edək ki, videonu çəkən şəxs emosiyalara qapılıb və bəzi etik olmayan ifadələr işlədib. Bu səbəbdən videodan həmin sözlər çıxarılıb.