İş adamının ölüm xəbəri yalan çıxdı“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanovun bu gecə qəflətən vəfat etdiyi barədə xəbərlər yayılıb.

Bu barədə azpolitika.info saytı məlumat verib.

Amma iş adamının bacısı qızı “Qafqazinfo”ya bildirib ki, ölüm xəbəri yalandır.

“Bizim market”in hüquqşünası Tağı Qənbərov da yayılan məlumatın yanlış olduğunu deyib: “Mən həm də Rasim müəllimin vəkiliyəm. Rasim müəllim hazırda mənim yanımdadır”.