İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif paradda baş terror aktı barədə bəyanat verib.

Modern.az xəbər verir ki, Zərif öz “Twitter” hesabında bu hadisəyə görə məsuliyyətin ABŞ-ın üzərinə düşdüyünü bildirib.

Onun sözlərinə görə ölənlər içərisində azyaşlılar da var.

“Ahvazdakı terror hadisəsini xarici rejimlərin kirayələdiyi, hazırladığı, silahlandırdığı və maliyələşdirdiyi terrorçular törədib. Ölənlər arasında uşaqlar və gənclər var. İran bu hücuma görə məsuliyyətin terrorizmin regional sponsorları və onların bu cür hücumlarda püxtələşmiş amerikan təlimçilərinin üzərinə düşdüyünü bildirir” – nazir yazıb.

O, həmçinin İranın öz vətəndaşlarının mühafizəsi üçün lazımi cavabtədbirlərini dərhal həyata keçirəcəyini də qeyd edib.

Qeyd edək ki, sentyabrın 22-də İranın Xuzistan əyalətinin Ahvaz şəhərində hərbi parad zamanı atışma baş verib.