Ä°randa baş verən zəlzələdə bir nəfər ölüb, 20 nəfər yaralanıb - YENÄ°LƏNÄ°Bİranın Xuzestan əyalətində zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, maqnitudası 5,7 olan zəlzələ yerli vaxtla saat 11:32 dəqiqədə Xuzestan əyalətinin mərkəzində və ətraf şəhərlərdə qeydə alınıb.

Zəlzələ əhali arasında təşvişə səbəb olub və onlar evlərini tərk edib.

Yeraltı təkanlar Əhvaz, Şadqan, Məscid Süleyman, Həmidiyyə, Şuştər, Həftgel, Şuş, Mahşəhr, Huveyzə, Dezful və Andika şəhərlərində hiss olunub.

Xuzestan əyalətinin Böhranın İdarəetmə mərkəzindən bildilib ki, zəlzələ nəticəsində bir nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Yeraltı təkanlar müxtəlif yerlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Elektrik stansiyalarına və bir çox infrastruktura ziyan dəyib. Mobil telefonların fəaliyyətində problemlər yaranıb.