İranın cənub-şərq hissəsində, Pakistanla sərhəd yaxınlığında silahlılar 14 iranlı hərbçini qaçırıblar.

Bu barədə “Report” “Mehr” agentliyinə istinadən xəbər verir.

Mənbələrin məlumatına görə, hadisə bu gün səhər saatlarında ara-sıra iranlı sərhədçilərə qarşı hücumların olduğu Sistan və Bəlucistan ostanında baş verib. Qaçırılan şəxslər arasında sərhədçilər və İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri də var.

Qeyd olunur ki, hərbçilər “Ceyşəl-Ədl” terror qruplaşmasının üzvləri tərəfindən qaçırılıblar.