Image result for Aseman Airlines ATR 72-500

İranın İsfahan vilayətində göyərtəsində 60 nəfər olan sərnişin təyyarəsi qəzaya uğrayıb.

Minval.İnfo-nun Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə Tasnim agentliyi İranın Fövqəladə Hallar Mərkəzinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına əsasən, təyyarə Tehran-Yasuc reysini yerinə yetirirdi.

“Aseman Airlines” aviaşirkətinin nümayəndəsi bildirib ki, ATR 72-500 təyyarasənin qəzaya uğraması zamanı göyərtədə olanların hamısı ölüb.

“Təəsüflər olsun ki, təyyaradə olan bütün sərnişinlər və ekipaj üzvləri ölüb”, – şirkətini nümayəndəsi deyib.

Onun sözlərinə görə, təyyarədə 60 sərnişin, iki stüardessa, iki mühafizəçi, həmçinin pilot və onun köməkçisi olub.