İki gündür sosial şəbəkələrdə İranla bağlı ağlasığmaz xəbərlər gəzir.

İddia olunur ki, Zəhra Haşimi adlı gənc xanıma İran Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı tərəfindən təcavüz edilib. Zəhra özünü qorumaq üçün həmin şəxsi öldürdüyünə görə edam cəzasına məhkum olunub. Xəbərin ən ağlasığmaz tərəfi də budur ki, guya, Zəhra bakirə olduğuna görə İran qanunvericiliyinə əsasən, ona öncə təcavüz edilləcək, sonra həyatına son qoyulacaq. Daha sonra xəbərdə Zəhra Haşiminina ailəsinin edam müddətini bir həftə uzatmağa nail olduğu və kömək gözlədiyi bildirilib.

Faktla bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən Bizimyol.info saytına bildirildi ki, bu kimi xəbərlərə inanmaq gülüncdür. “İran İslamRespublikasıdır. İslam qanunlarında insana təcavüz etmək günah və haramdır. Biz hansı əsrdə yaşayırıq ki, bu qədər vəhşi bir xəbər yayılır və buna inanırlar? Bu, İranın düşmənlərinin yaydığı bir xəbərdir, həqiqətlə əlaqəsi yoxdur. Biz bu xəbəri sadəcə sosial şəbəkələrdəki azadlıqdan sui-istifadə kimi qiymətləndirilirik”

Minval.info