İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zaman törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib .

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Əhvaz əyaləti valisinin siyasi məsələlər üzrə müavini bildirib.

***

İranın Əhvaz şəhərində terror aktı törədilib. Hadisə zamanı bir neçə nəfər ölüb.

Naməlum şəxslər hərbi paradın iştirakçılarına və tamaşaçılarına atəş açıb.

“Əhvaz şəhərində baş verən terror aktı nəticəsində bir neçə nəfər ölüb”, – Press TV məlumatında deyilir.

İranda hərbi paradda törədilən terror aktı zamanı 8 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, atışma zamanı hücum edənlərdən ikisi zərərsizləşdirilib, daha iki silahnnın isə axtarışları davam edir.