İranın İngiltərədəki səfiri iki ölkə arasında baş vermiş gəmi böhranı barədə açıqlama verib.

Minval.info xəbər verir ki, səfir Həmid Baidnejad öz “twitter” səhifəsində “İran İngiltərə ilə baş verə biləcək gərginlik zamanı bütün sesenariyə hazırdır. İki ölkə arasında hər hansısa gərginliyə səbəb olacaq addım atmaq ağılsızlıq olardı. Ölkələr bu cür anlaşılmazlıqları həll etməyə qadirdir” – deyə tweet paylaşıb.

Son zamanlar iki ölkə arasında müxtəlif səbəblərdən yaranmış gərginlik İranın İngiltərəyə məxus tankeri saxlaması ilə pik nöqtəyə çatmışdı.

Nazim Hacıyev

Minval.İnfo