İran nüvə proqramı ilə bağlı razılaşmanın bəzi müddəalarına dair öhdəliklərin icrasını rəsmi olaraq dayandırıb.

ONA-nın məlumatına görə, bu barədə Press TV İranın Atom Enerjisi üzrə Agentliyinə istinadən yazıb. Bildirilir ki, İran Milli Təhlükəsizlik Şurasının təsdiqindən sonra belə qərar verilib.

Qeyd edək ki, ABŞ-ın nüvə razılaşmasından çıxmasının ildönümü ilə əlaqədar mayın 8-də İran Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi müddəalarının icrasının dayandırmaq barədə qərar verdiyini açıqlayıb.