İran hava məkanını Rusiya hərbi təyyarələrinə açıb.

Minval.info xəbər verir ki, bu haqda İranın Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, rəsmi Tehran rus bombardman təyyarələrinin İran hava məkanından istifadə etməsini qəbul edib.

“Ölkə rəsmiləri Rusiya bombardman təyyarələrinin İran hava məkanını və yanacaqdoldurma üçün Həmədan əyalətində yerləşən NOJEH hava bazasını istifadə etməsini qəbul ediblər”- Tasnim agentliyinin yaydığı məlumatda belə deyilir.