Ermənistanın paytaxtı Yerevanda “Surb Qriqor Lusavoriç” xəstəxanasında partlayış baş verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisəyə oksigen balonunun səbəb olduğu bildirilib.

Polis partlayış nəticəsində 31 yaşlı xəstəxana əməkdaşının öldüyü barədə məlumat yayıb.

Hadisənin səbəbi araşdırılır.