Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlı dəstəsi İrəvan merinin binasında xüsusi əməliyyat keçirir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xidmətin mətbuat katibi Samson Qalstyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, binada keçirilən əməliyyatla bağlı əlavə məlumatları bir müddət sonra açıqlayacaq.

Bir müddət əvvəl Ermənistan KİV-də Yerevan merinin korrupsiya sxemi barədə məlumat yayılmışdı. Ölkənin baş naziri Nikol Paşinyan isə bu yaxınlarda jurnalistlərə bildirmişdi: “İrəvan şəhərinin meri Taron Marqaryan seçki prosesi zamanı rüşvət verib”.

Taron Marqaryan keçmiş hakim Respublikaçılar Partiyasının İcraiyyə Komitəsinin üzvüdür. “Məxməri inqilab”dan sonra onun istefası tələb olunsa da, mer tutduğu vəzifədən getməyəcəyini açıqlamışdı.