“Yuventus”un futbolçusu Qonzalo İquainin “Milan”a keçidi gerçəkləşmək üzrədir.

Minval.info-nun klubun rəsmi “Tvitter” səhifəsinə istinadən yaydığı xəbərə görə,  argentinalı hücumçu “Milan”da tibbi müayinədən keçib. Onun yaxın saatlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, “Milan”ın bu transfer üçün 54 milyon avro ödəyəcəyi iddia olunur. İquainin isə yeni klubunda ilinə 9 milyon 500 min avro qazanacağı gözlənilir.