Ümid Partiyasının sədri İqbal Ağazadə əmisi oğlunun ölümündən danışıb.

Minval.info xəbər verir ki, o, Unikal.org-a açıqlamasında bildirib ki, 49 yaşlı əmisi oğlu Abbasov Loğman Xudam oğlunun cənazəsi iş yerinin yaxınlığında tapılıb.

O diqqətə çatdırıb ki, əmisi oğlu uzun müddətdir tikinti sektorunda sahibkar kimi çalışıb: “Loğman Abbasov ürək tutmasından dünyasını dəyişib. Mərhunm iş yerinin yaxınlığında ürək çatışmazlığından dünyasını dəyişib. Ölümündə hər hansı kriminal iz yoxdur”.