İrandan Azərbaycana bağırsağında narkotik gətirən şəxs saxlanılıb.

Minval.info-nun verdiyi xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 177,834 qram olan narkotik vasitə – heroin aşkar edilib.