Bir neçə gün öncə düşdüyü depressiya səbəbindən intihara cəhd edən tanınmış jurnalist Səbuhi Məmmədli artıq özünə gəlib və sosial şəbəkədəki səhifəsində status yazıb.

Minval.info xəbər verir ki, jurnalist həddən artıq gərgin olduğunu qeyd edib: “Çox, həddən artıg gərgin idim. Nə etdiyimin fərgində deyildim. Hə, mən bataqlığa yuvarlanmişam. Və mən bu bataqligdan çıxacam. Hər şeyi, adamları, işimi, adımı, saglamlığımı qaytaracam… Mən bu bataqliqdan çıxıb hamınız üçün sizin arzuladiğınız Səbuhi olacam.

Bu həyat bizə bir dəfə verilir. Heç Allah da verməyib, tam təsadüfən verilib. Düşün ki, kainatın heç bir yerində heç vaxt Səbuhi olmayıb və bundan sonra da olmayacaq. Bu şans milyardda bir sənə verilib. Niyə bunu sona qədər bacardıqca çox yaşamayasan! Mən şəxsən belə düşünürəm… Və mən yaşayacam. Çünki bunun üçün kifayət qədər səbəblərim var…
Hamınızı sevirəm…”

Minval.info