Bakıda özünü damdan atmaq istəyən kişi xilas edildiGəncədə bir nəfər intihar məqsədi ilə binanın damına çıxıb.

Minval.info xəbər verir ki, FHN-in yaydığı məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Nizami rayonunda 1 nəfərin beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi haqda xəbər daxil olub.

Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb və vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.