Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərim (Kərim Novruzov) “Bizimləsən” proqramına qatılıb.

“Qafqazinfo” xəbər verir ki, hərəkət etməkdə və danışmaqda çətinlik çəkən ifaçı verilişə oğlu ilə birgə gəlib. Ağakərim 1 ildən çoxdur ki, müalicə aldığını qeyd edib:

“Pis yaşamıram. Allahın köməyi ilə nəfəs alıram. Şəkər və təzyiqdən insult keçirdim, 1 il 6 aydır ki, beləyəm. İlk üç ayı ağır keçirdim. Əvvələr hərəkət edə bilmirdim. İndi danışığım da düzəlib, qaydasına düşüb. Heç kəs darıxmasın, tez bir zamanda görüşəcəyik”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb və uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.