Futbol üzrə dünya çempionatında İngiltərə millisi 28 il sonra mundialda yarımfinala vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, ingilislər buna Hollandiya və İtaliya millilərini DÇ-yə buraxmayan, Almaniya yığmasını qrupda saxlayan İsveçlə oyunda nail olublar.

Skandinaviyalıların qapısından qolları Hari Maquayr və Dele Ali keçirib. Hər iki futbolçu Robin Olsenin qapısına qolu başla vurub.

Qeyd edək ki, İngiltərənin 1/2 finaldakı rəqibi Rusiya – Xorvatiya oyunundan sonra bilinəcək. Həmin görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.