İngiltərədə baş verən qalmaqal siyasət dünyasını alt-üst edib.

Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, şəhərsalma naziri Dominik Raabın 20 yaşlı köməkçisi Rebekka Totun fahişəliklə məşğul olduğu üzə çıxıb.

Tott “Sugar Daddies” adlı internet səhifəsində müştəri yığırmış. Gənc qız kişilərə nazir masasında da sekslə məşğul ola biləcəklərini yazıb.

“The Mirror” qəzetinin müxbirləri sayt üzərindən qızla əlaqə saxlayaraq özlərini müştəri kimi təqdim ediblər. Rebekka isə onlara ancaq 5 ulduzlu oteldə görüşə biləcəklərini bildirib. Nazirin masasında seks üçün isə əlavə 750 sterlinq tələb edib.

Rəzillik üzə çıxdıqdan sonra Rebekka işdən qovulub.