İngiltərə-Kolumbiya matçından sonra futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Bu oyun dramatikliyi ilə yadda qalıb. Matç penaltilər seriyasına qədər uzanıb və sonda penaltilər seriyasında matçın qalibi İngiltərə olub.

Minval.İnfo xəbər verir ki, penaltilər seriyasında ingilislərin qapıçısı Cordan Pikford uğurlu seyvi ilə növbəti mərhələyə bileti təmin edib. Oyun zamanı isə kameralarla qəribə bir hadisə qeydə alınıb.

Belə ki, penaltilər öncəsi Cordan Pikforda verilən su butulkasının üzərində qeydlər müşahidə edilib. İngiltərə mediasında bu qeydlərin məşqçilər tərəfində edildiyi və qeydlərin sayəsində Pikfordun penaltini qurtardığı iddia olunub.

Tamerlan