Image result for Vilayət Quliyev

Məşhur irland yazıçısı Ceyms Coys deyirdi: “At təpiyi, öküz buynuzu, ingilis təbəssümü ilə öldürür”. 1918-ci il noyabrın 17-də Bakıya gələn, həmin ilin avqustunda Azərbaycanı tərk edən ingilis işğalçı qüvvələrinin komandanı general Şatelvortun adından gediş ərəfəsində yerli əhaliyə ünvanlanan üzrxahlıq sözləri bu öldürücü təbəssümün başqa bir nümunəsi sayıla bilər.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev qeyd edib.

Diplomat bildirib ki, Şatelvort müraciətində Bakını tərk edən Britaniya ordusu adından Azərbaycan, xüsusən də Bakı əhalisinə üzrxahlıq edib: “Çoxsaylı dost və tanışlarımızla vidalaşmağımızdan dolayı səmimi şəkildə təəssüflənirəm. Onlara sülh və xoşbəxtlik arzulayıram. Britaniya ordusunun hərbi xidmətçiləri özləri ilə Bakıda olduqları günlərlə bağlı ən xoş xatirələr aparırlar”.

Vilayət Quliyevin fikrincə, bu, əsl mədəniyyət və centlmenlik nümunəsi idi: “Ancaq bu centlmen ingilislər ölkəmizdən soyub taladıqları hüdudsuz sərvətlərdən – uçotu aparılmayan, dəyəri və aksiz vergisi ödənilməyən neft, bina və qurğulardan, Xəzər dəniz donanmasından, ölkənin dəmir yollarından müftə istifadə, dövlət bankındakı bütün əmanətlərin, qiymətli kağızların müsadirəsi və sairdən başqa Azərbaycan Cümhuriyyəti hökumətinə 274 679 690 manat 88 qəpik borclu qalmışdılar və həmin borcu qaytarmaq haqqında əsla düşünməmişdilər. Cümhuriyyət hökuməti Maliyyə Nazirliyinin təkidli xatırlatmaları müqabilində əvvəlcə borcun müttəfiq dövlətlər adından alındığı və sülh konfransı başa çatandan sonra müttəfiq dövlətlərin məsələyə baxacağını bildirmişdilər. Sonra isə məsələni Azərbaycan-Rusiya münasibətlərinin tənzimlənməsinə, hətta Rusiya imperiyasının Böyük Britaniyaya qaytarmalı olduğu borclara bağlamışdılar”.

Səfir qeyd edib ki, Parisdəki Azərbaycan sülh nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov heyətin bir qara qəpiksiz qaldığı son dərəcə çətin və ümidsiz günlərdə Böyük Britaniyanın xarici işlər naziri lord Kerzona məktubla müraciət edib: “1920-ci ilin sentyabrın 18-də göndərilən mrüaciətdə Azərbaycan dövlətinə olan köhnə borcun hesabına bizim günlərdə xırda bazarlıq pulu dəyərində 22 000 funt sterlinq istəyəndə isə ona cavab verməyi ümumiyyətlə lazım bilməmişdilər. Belə-belə işlər!”

Minval.İnfo